Bakı. Trend:
Boks üzrə keçmiş dünya çempionu amerikalı Mayk Taysona əlcəksiz döyüşdə iştirak üçün 20 milyon dollar təklif edilib.
Trend-in məlumatına görə, daha əvvəl M.Tyson rinqə qayıtmaq barədə düşündüyünü bildirib.
Boksçunun hazırda 53 yaşı var. İdman karyerası boyunca 58 döyüş keçirib, bunlardan 50-də qalib gəlib (44-ü nokautla) və 6-da məğlub olub, daha iki döyüş baş tutmamış elan edilib. M.Tyson Dünya Boks Şurası, Dünya Boks Assosiasiyası, Beynəlxalq Boks Federasiyasına görə dünya və mütləq dünya çempionu adını qazanıb. "Rinq" jurnalı tərəfindən ən yaxşı boksçu olaraq tanınıb.
M.Tyson Beynəlxalq Boks Şöhrət (2011) və Dünya Boks Şöhrət Zallarına (2010) daxil edilib. 2013-cü ildə ən tez nokaut saylarına (bir dəqiqədən az müddətdə doqquz nokaut) və ağır çəkidə ən gənc dünya çempionu (20 yaş) olduğuna görə Ginnesin Rekordlar Kitabına adını yazdırıb. Onun son döyüşü 11 iyun 2005-ci ildə baş tutub, boksçu bu görüşda irlandiyalı Kevin McBrayda məğlub olub.