...

Avstraliyalı Piastri İspaniyada növbəti "Formula 3" mərhələsində qalib oldu

İdman Materials 16 Avqust 2020 13:58 (UTC +04:00)
Avstraliyalı Piastri İspaniyada növbəti "Formula 3" mərhələsində qalib oldu

Bakı. Trend:

"Prema" komandasının avstraliyalı pilotu Osrar Piastri İspaniyada "Formula 3" seriyasının başa çatan altıncı mərhələsinin ikinci yarışında qalib oldu.

Trend-in məlumatına görə, ikinci yerdə Piastrinin həmyerlisi Aleks Peroni (Kampos), üçüncü yerdə isə italiyalı Matteo Nannini (Jenzer Motosport) qərarlaşıblar.

Altı mərhələdən sonra "Prema" komandasından olan amerikalı Loqan Sarjent 131 xalla liderdir. İkinci yerdə O. Piastri (130), üçüncü yerdə Yeni Zelandiyanın "Hitech GP" nümayəndəsi Liam Lausondur (99).

Formula 3-ün növbəti mərhələsi 28-30 avqust tarixlərində Belçikada baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti