...

İspaniyada "Formula 2" yarışlarının mərhələsində Şumaxer 3-cü yeri tutub

İdman Materials 16 Avqust 2020 16:21 (UTC +04:00)
İspaniyada "Formula 2" yarışlarının mərhələsində Şumaxer 3-cü yeri tutub

Bakı. Trend:

"Prema" komandasının üzvü, "Formula 1" avtoyarışları kateqoriyasında yeddiqat dünya çempionu olan Almaniyalı Mixael Şumaxerin oğlu Mik Şumaxer İspaniyada "Formula 2" seriyasının başa çatan altıncı mərhələsinin ikinci yarışında üçüncü yeri tutub.

Trend-in məlumatına görə, yarışların qalibi "MP Motosport" komandasının braziliyalı pilotu Felipe Druqoviç olub, ikinci yeri isə italiyalı "Hitech GP" komandasının pilotu Luka Qyoto qazanıb.

Altı mərhələdən sonra "UNİ-Virtuosi" komandasından olan britaniyalı Kallum Aylott 121 xalla liderdir. İkinci yerdə Şvarsman (103), üçüncü yerdə daniyalı "ART" nümayəndəsi Kristian Lundqor (87) gəlirlər.

Formula 3-ün növbəti mərhələsi 28-30 avqust tarixlərində Belçikada baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti