...

Lorenzo Sotomayor Tokio-2020-yə lisenziya qazanıb

İdman Materials 6 İyun 2021 17:27 (UTC +04:00)
Lorenzo Sotomayor Tokio-2020-yə lisenziya qazanıb

Bakı. Trend:

Boks üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına dördüncü lisenziyanı qazanıb.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, yığmamızın heyətində Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq) və Alfonso Dominqesin (81 kq) ardınca Lorenzo Sotomayor bu uğura imza atıb.

Rio-2016-nın gümüş medalçısı Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/2 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 69 kq çəki dərəcəsində mübarizə aparan boksçu belaruslu Aleksandr Radionov məğlub edib.

Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti