...

Boksçumuz Olimpiadanı bürünc medalla başa vurub

İdman Materials 1 Avqust 2021 14:51 (UTC +04:00)
Boksçumuz Olimpiadanı bürünc medalla başa vurub

Bakı. Trend:

Azərbaycan boksçusu Alfonso Dominqes Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb. 81 kq çəki dərəcəsində qüvvəsini sınayan milli üzvü yarımfinalda kubalı Olimpiya və dünya çempionu Arlen Lopeslə üz-üzə gəlib.

Trend-in Boks Federasiyasına istinadən verdiyi məlumata görə, ilk görüşdə özbəkistanlı Dilşotbek Ruzmetovu, ardınca türkiyəli Bayram Malkanı mübarizədən kənarlaşdıran Avropa Oyunlarının qalibi bu dəfə uğurlu seriyanı davam etdirə bilməyib. Boksçumuz rəqibinə 0:5 (28:29, 28:29, 28:29, 28:29, 28:29) hesabı ilə məğlub olub.

Nəticədə Alfonso Tokio-2020 Yay Olimpiya Oyunlarını bürünc medalla başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti