...

Şenol Günəş Türkiyə milli komandasından ayrıldı

İdman Materials 10 Sentyabr 2021 15:40 (UTC +04:00)
Şenol Günəş Türkiyə milli komandasından ayrıldı

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin futbol üzrə milli komandasının baş məşqçisi Şenol Günəş istefa verib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyası elan edib.

Qeyd olunur ki, baş məşqçi ilə qarşılıqlı razılaşma əsasında müqavilə ləğv edilib.

Xatırladaq ki, Ş.Günəş 2019-cu ilin martında milli komandaya gətirilmişdi. Onun rəhbərliyi dövründə milli komanda 38 qələbə qazanıb, 21 dəfə məğlub olub. Bir neçə gün əvvəl Türkiyə millisi Niderlanda 6-1 hesabı ilə məğlub olmuşdu.

Xəbər lenti

Xəbər lenti