...

Azərbaycan Gimnastika Federasiyası daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək

İdman Materials 14 Oktyabr 2021 17:40 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyası daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

İlin sonuna doğru Azərbaycan Gimnastika Federasiyası daha bir irimiqyaslı beynəlxalq yarışa ev sahibliyi etməyə hazırlaşır.

Trend Federasiyaya istinadən xəbər verir ki, Bakıda ilk dəfə təşkil olunacaq bu yarış batut gimnastikası üzrə 35-ci Dünya Çempionatıdır.

Ölkəmizdə bu növ üzrə daha öncə Avropa Çempionatı və çoxsaylı dünya kubokları keçirilsə də, küləklər şəhəri havada pərvazlanan dünya ulduzlarını ilk dəfə belə bir irimiqyaslı yarışda Milli Gimnastika Arenasına toplayacaq.

İlkin qeydiyyat siyahısına əsasən yarışda 33 ölkədən 300-dək gimnastın iştirak edəcəyi gözlənilir.

4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda hesabında qaliblər müəyyənləşəcək.

Yarışların ilkin cədvəlinə əsasən ilk iki gün təsnifat, sonuncu iki gün isə finallar keçiriləcəkdir. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramlarda çıxış edə bilər. Çempionatda hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq.

Yarışlar haqqında mütəmadi olaraq yenilənən məlumatlar saytımızda (https://agf.az/az/competitions/) əks olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti