...

Sərxan Əliyev dünya çempionatının bürünc medalını qazanıb

İdman Materials 5 Noyabr 2021 00:46 (UTC +04:00)
Sərxan Əliyev dünya çempionatının bürünc medalını qazanıb

Bakı. Trend:

Azərbaycan yığması Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatında növbəti medalını qazanıb.

Trend-in Azərbaycan Boks Federasiyasına istinadən verdiyi məlumata görə, komandamızın aktivinə ikinci bürünc medalı Sərxan Əliyev (71 kq) əlavə edib.

İlk 3 mərhələdə Stefen Nevns (Şotlandiya), Yuta Akiyama və Obed Bartiyə (ABŞ) qalib gələn həmyerlimiz yarımfinalda ukraynalı Yuri Zaxariyevlə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə başa çatdığından S.Əliyev bürünc medalla kifayətlənib. Ondan əvvəl yığmamızın üzvü Məhəmməd Abdullayev (+92 kq) də mundialı 3-cü pillədə başa vurub.

Qeyd edək ki, Azərbaycanı dünya çempionatında 9 boksçu təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti