...

Azərbaycan batutçuları Niderlandda 3 medal qazanıblar (FOTO)

İdman Materials 21 Mart 2022 07:24 (UTC +04:00)
Azərbaycan batutçuları Niderlandda 3 medal qazanıblar (FOTO)

Bakı. Trend:

Niderlandın Alkmaar şəhərində batut gimnastikası üzrə “Dutch Trampoline Open 2022” yarışı keçirilib.

Trend Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, 16 ölkədən batutçuların iştirak etdiyi yarışda ölkəmizi yığma komandamızın üzvləri Selcan Mahsudova, Maqsud Mahsudov və Nicat Mirzəyev təmsil ediblər. Batutçularımız uğurla çıxış edərək ölkəmizə 1 qızıl və 2 gümüş medal qazandırıblar.

Gimnastımız N.Mirzəyev 51,985 xalla bütün rəqiblərini üstələyərək çempion olub. Selcan (52.530 xal) və Maqsud (45.940 xal) Mahsudovlar müvafiq olaraq gümüş medal qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti