...

FIG Dünya Kubokunun final gününün ən yaxşı anları (FOTO)

İdman Materials 3 Aprel 2022 16:08 (UTC +04:00)
FIG Dünya Kubokunun final gününün ən yaxşı anları (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 3-də Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku başa çatıb.

Trend-in məlumatına görə, martın 31-dən aprelin 3-dək bədii gimnastika üzrə FIG Dünya Kuboku keçirilib. Yarışlarda dünyanın 34 ölkəsindən 145 gimnast iştirak edib, onlar arasında Olimpiya Oyunlarının, Dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları da olub.

Dörd gün davam edən Dünya Kuboku yarışlarının ilk iki günündə seçmə mərhələlər, qalan günlərdə isə final mərhələsi keçirilib. 2022-ci ildə bu gimnastika növü üzrə müxtəlif ölkələrdə keçirilən Dünya Kubokunun üç mərhələsindən sonra Bakıda keçiriləcək yarışlar final mərhələsi hesab olunur.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145 idmançı qüvvəsini sınayıb.

Yarış zamanı azərbaycanlı gimnast Nikita Simonov halqa hərəkətləri üzrə FIG Dünya Kubokunun bürünc medalını qazanıb.

Trend oxucular üçün Dünya Kuboku yarışlarının son gününün ən yaxşı anlarını əks etdirən fotolar hazırlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti