...

"Mançester Yunayted" Ronaldonu satmaq fikrində olmadığını açıqlayıb

İdman Materials 26 İyun 2022 04:20 (UTC +04:00)
"Mançester Yunayted"  Ronaldonu satmaq fikrində olmadığını açıqlayıb

Bakı. Trend:

"Mançester Yunayted" klubun portuqaliyalı hücumçusu Kriştiano Ronaldonu satmaq fikrində deyil.

Trend xəbər verir ki, bunu klubun yeni baş məşqçisi Erik ten Haq bildirib.

Buna baxmayaraq, hazırda "qırmızı şeytanlar" 37 yaşlı hücumçunu satmaq üçün heç bir danışıqlar aparmır. "Mankunianların" yeni baş məşqçisi Ronaldonu klubda saxlamaq istəyir və futbolçunun gələn mövsüm komandada olacağına ümid edir.

Daha əvvəl "Çelsi"nin yeni sahibi Todd Boulinin Kriştianu Ronaldonun maraqlarını təmsil edən Xorxe Mendeşlə görüşüb və futbolçunun London klubuna transferi məsələsini müzakirə etdiyi bildirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti