...

DÇ-2022: Fransa millisi Mərakeş komandasını məğlub edərək finala yüksəlib (VİDEO)

İdman Materials 15 Dekabr 2022 00:58 (UTC +04:00)
DÇ-2022: Fransa millisi Mərakeş komandasını məğlub edərək finala yüksəlib (VİDEO)

Bakı. Trend:

Bu gün Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının növbəti yarımfinal oyunu keçirilib.

Trend xəbər verir ki, Fransa və Mərakeş milliləri arasında keçirilən yarımfinal görüşündə fransalılar 2:0 hesablı qələbə qazanıblar.

Oyunda qolları T.Ernandes (5-ci dəqiqə) və R.Kolo-Muani (79) vurublar.

Beləliklə, Fransa millisi ardıcıl ikinci dəfə Dünya Çempionatının finalına yüksəlib.

Qeyd edək ki, finalda Fransanın rəqibi Argentina millisi olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti