...

Millimizin sabiq üzvü Türkiyə klubuna keçib

İdman Materials 20 Yanvar 2023 06:19 (UTC +04:00)
Millimizin sabiq üzvü Türkiyə klubuna keçib

Bakı. Trend:

Azərbaycanın U-19 yığmasının sabiq üzvü Sərhat Taşdemir karyerasını Türkiyədə davam etdirəcək.

Trend xəbər verir ki, futbolçu “Kocaelispor” klubu ilə anlaşıb.

İyirmi iki yaşlı yarımmüdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, futbolçu bunadək İngiltərədə "Bakston", "Oldhem", "Barnet" kimi klubların formasını geyinib. O, Azərbaycanın U-19 yığmasında 3 oyunda 3 qola imza atıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti