...

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının tanıtım videoçarxı hazırlanıb

İdman Materials 4 May 2023 11:09 (UTC +04:00)
Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının tanıtım videoçarxı hazırlanıb

Bakı. Trend:

17-21 may tarixlərində doğma məkan Milli Gimnastika Arenasında ilin ən gözlənilən yarışlarından biri olan bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçiriləcək.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, "Shine like a star"“ (Ulduz kimi parla”) şüarı altında 38 ölkədən bədii gimnastika ulduzlarının iştirakı ilə keçiriləcək qitə çempionatının yerli təşkilat komitəsi tərəfindən tanıtım videoçarxı hazırlanıb.

Qeyd edək ki, videoçarxda Azərbaycanın böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığma komandasının üzvləri - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti