Bakı. Trend:
Futbol üzrə Türkiyə Super Liqasının 34-ci turu çərçivəsində "Ankaragücü" və "Qalatasaray" komandaları qarşılaşıb.
Trend xəbər verir ki, oyun "Qalatasaray"ın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin yeganə qolunu Felisi Milson (16-ci dəqiqə) vurub. “Qalatasaray” klubunun qollarını isə Mauro İkardi (7,38-ci dəqiqələr), Barış Yılmaz (73), Serxio Oliveyra (78).
Bununla da “Qalatasaray” klubu lazım olan qələbəni təmin edərək Türkiyə çempionluğunu qazana bilib.