...

İngiltərənin "Vest Hem" klubu UEFA Konfrans Liqasının qalibi olub

İdman Materials 8 İyun 2023 01:42 (UTC +04:00)
İngiltərənin "Vest Hem" klubu UEFA Konfrans Liqasının qalibi olub

Bakı. Trend:

UEFA Konfrans Liqasının finalında İngiltərənin “Vest Hem” futbol klubu İtaliyanın “Fiorentina” komandasına qalib gəlib.

Trend-in məluatına görə, Praqada keçirilən görüş 2:1 hesabı ilə başa çatıb.

Said Benrahma 62-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək İngiltərə klubunun qapısına yol tapıb. 67-ci dəqiqədə "Fiorentina" Cakomo Bonaventuranın qolu sayəsində hesabı bərabərləşdirə bilib.

Həlledici an oyunun son dəqiqələrində baş tutub. "Vest Hem"in futbolçusu Carrod Bouen fərqlənərək komandasına qələbə qazandırdı.

Xəbər lenti

Xəbər lenti