...

"Əziz Şuşa" beynəlxalq velosiped yarışının ikinci mərhələsi start götürüb (FOTO)

İdman Materials 8 İyun 2023 11:28 (UTC +04:00)
"Əziz Şuşa" beynəlxalq velosiped yarışının ikinci mərhələsi start götürüb (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi start götürüb.

Trend xəbər verir ki, velosipedçilər Qəbələ İcra Hakimiyyətinin qarşısından mübarizəyə başlayıblar.

Velosipedçilər Qəbələ - Şəki - Qəbələ marşrutu üzrə 176,2 km məsafə qət edəcəklər.

Qeyd edək ki, iyunun 11-dək davam edəcək yarışda dünyanın 14 ölkəsindən 16 komandanın heyətində 100-dən çox velosipedçi mübarizə aparır. Turnir Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq imkanı verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti