...

Azərbaycan gimnastları beynəlxalq turnirdə növbəti medalları qazanıblar (FOTO)

İdman Materials 17 Dekabr 2023 02:08 (UTC +04:00)
Azərbaycan gimnastları beynəlxalq turnirdə növbəti medalları qazanıblar (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq turnirdə növbəti medalları qazanıblar.

Trend xəbər verir ki, fərdi proqramda Fərhad Mustafayev birinci, Ömər Qasımlı ikinci, Səma Cəfərova və Ammar Baxşalıyev üçüncü yeri tutublar.

Sinxron proqramda isə Əli Niftəliyev və Mehdi Əliyev gümüş, Səma Cəfərova və Şəfiqə Hümbətova isə bürünc medalın sahibi olublar.

Daha əvvəl sinxron proqramda Ayan Şabanova və Samirə Hüseynova birinci, Fərhad Mustafayev və Ömər Qasımlı isə ikinci olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti