...

“Qarabağ” onları buna məcbur edir - Elxan Abdullayev

İdman Materials 24 Fevral 2024 17:17 (UTC +04:00)
“Qarabağ” onları buna məcbur edir - Elxan Abdullayev

Bakı. Trend:

Potensial rəqiblərimiz arasında zəif rəqib yox idi. Hamısı aparıcı ölkələrdən idi.

Trend xəbər verir ki, bunu İdman.biz-ə Azərbaycanın U-18 millisinin baş məşqçisi Elxan Abdullayev deyib.

Baş məşqçi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkünü dəyərləndirib. O bildirib ki, rəqiblərin arasında iki ən güclü klublardan biri “Qarabağ”ın bəxtinə düşüb: “Bayer” öz ölkəsində liderdir və birinci yerdədir. Fikrimcə, o Bundesliqanı belə bitirəcək. Güclü rəqibdir. Əlbəttə ki, realıqla yanaşmaq lazımdır. “Qarabağ”dan keçməyi gözləmək düzgün olmaz. Futbolda hər şey mümkündür, çox minimal şansımız var. Avropa klublarının heç biri Azərbaycana gəlmək istəmir. Yol uzaqdır və buna vaxt itkisi kimi baxırlar. Ancaq “Qarabağ” öz oyunu ilə onları bura gəlməyə məcbur edir. Bu bizim üçün böyük bir müsbət haldır. Bunun da öhdəsindən “Qarabağ” gələcək. Cütün taleyi ilə bağlı isə proqnoz verə bilmərəm. Çox maraqlı və baxımlı oyun olacaq. “Qarabağa” inanmaq isə əsas məsələdir”.

Qeyd edək ki, “Qarabağ” “Bayer”lə ilk oyunu martın 7-də Bakıda, cavab matçını 1 həftə sonra səfərdə keçirəcək.

Xəbər lenti

Xəbər lenti