...

"Qarabağ" çempionluğu belə qeyd etdi (FOTO/VİDEO)

İdman Materials 26 May 2024 22:45 (UTC +04:00)
"Qarabağ" çempionluğu belə qeyd etdi (FOTO/VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Premyer Liqasının 2023/24 mövsümünün mükafatlandırma mərasimi keçirilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, tədbir “Azərsun Arena”da mövsümün “Araz-Naxçıvan” – “Qarabağ” oyunundan sonra təşkil olunub.

Mövsümün ən yaxşılarını AFFA-nın prezidenti Rövşən Nəcəf, icraçı vitse-prezident Sərxan Hacıyev və PFL-in prezidenti səlahiyyətlərini yerinə yetirən Elgiz Abbasov mükafatlandırıb.

Öncə Premyer Liqanın ən yaxşı bombardiri Juninyo Olavio mükafatını alıb. “Qarabağ”ın heyətində 20 qola imza atan braziliyalı hücumçuya xüsusi mükafat təqdim olunub.

Sonda fəxri kürsüyə çempion “Qarabağ”ın futbolçuları dəvət olunub. Hər bir futbolçu öz sevimli musiqisinin sədaları altında fəxri kürsüyə çıxıb. Komanda üzvləri və inzibati heyətə qızıl medallar verilib.

Tədbir atəşfəşanlıqla yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti