...

Azərbaycan Avropa kubokunda 1-ci yeri tutub

İdman Materials 17 İyun 2024 03:12 (UTC +04:00)
Azərbaycan Avropa kubokunda 1-ci yeri tutub

Bakı. Trend:

Azərbaycan millisi Sloveniyanın Podçetrtek şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Avropa Kubokunda 1-ci yeri tutub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, cüdoçularımız 4 qızıl, 1 gümüş və 3 bürünc medal əldə ediblər.

Nazir Talıbov (66 kq), Nəriman Mirzəyev (73 kq), Məhərrəm İmamverdiyev (81 kq) və İmran Yusifov (+100 kq) qızıl, Kamran Süleymanov (73 kq) gümüş, Rövşən Əliyev (66 kq), Rəşad Yelkiyev (66 kq), Camal Feyziyev (+100 kq) isə bürünc medal əldə edib.

Medal sıralamasında Macarıstan (2-2-6) ikinci, Almaniya isə (2-2-3) üçüncü yeri tutub.

Qeyd edək ki, turnirdə 16 ölkənin cüdoçuları medal qazanıb.

Xəbər lenti

Xəbər lenti