...

Azərbaycan güləşçisi "BRICS Sports Games Kazan 2024" oyunlarının çempionu olub

İdman Materials 18 İyun 2024 22:42 (UTC +04:00)
Azərbaycan güləşçisi "BRICS Sports Games Kazan 2024" oyunlarının çempionu olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tatarıstanın paytaxtı Kazan şəhərində "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunları davam edir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, sərbəst güləşçimiz Hacımurad Maqomedsəyidov (97 kq) qızıl medal qazanıb.

Murad Haqverdiyev (65 kq) və Orxan Abasov (79 kq) isə finalda uduzaraq, fəxri kürsünün 2-ci pilləsində yer alıblar.

Sərbəst güləş yığmamız bu gün daha 3 medal qazanıb. Komandanın heyətində Şamil Zubairov (92 kq) gümüş, Ceyhun Allahverdiyev (61 kq) və Cəbrayıl Qadjiyev (74 kq) bürünc əldə edib.

Azərbaycan idmançılarının oyunlarda qazandığı medalların sayı 9-a çatıb (2 qızıl, 3 gümüş və 4 bürünc medal).

Qeyd edək ki, iyunun 11-də start verilən yarışda karateçimiz Mədinə Sadıqova (55 kq) bütün rəqiblərinə qalib gələrək oyunların qalibi olub. Avarçəkənimiz Bəhmən Nəsiri və samboçumuz Rəsul Aydəmirov (98 kq) isə bürünc medala sahib olublar.

Xəbər lenti

Xəbər lenti