...

"Real Madrid" "Xetafe"ni 2:0 məğlub edib

İdman Materials 2 Dekabr 2024 00:15 (UTC +04:00)
"Real Madrid" "Xetafe"ni 2:0 məğlub edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya La Liqasının 15-ci turunda "Real Madrid" və "Xetafe" komandaları qarşılaşıb.

Trend-in məlumatına görə, "Santyaqo Bernabeu" stadionunda keçirilən matçda "Real Madrid" 2:0 hesabı ilə qalib gəlib. İlk yarıda, 30-cu dəqiqədə "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqem penaltini qola çevirərək hesabı açıb. 8 dəqiqə sonra isə Kilian Mbappe fərqi artırıb və matçın yekununda qalibiyyətin təməlini qoyub.

Bu nəticə ilə "Real Madrid" 15 matçdan sonra 33 xalla La Liqanın turnir cədvəlində ikinci yerdə yer alır. "Xetafe" isə 13 xalla 17-ci sıradadır. İspaniya çempionatının turnir cədvəlinə isə 34 xalla "Barselona" başçılıq edir.

Xəbər lenti

Xəbər lenti