Bakı. Trend:
İtaliyanın "Milan" klubu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanmaq üçün pley-offda Niderlandın "Feyenord" komandasına məğlub olub.
Trend-in məlumatına görə, İtaliyada keçirilən cavab matçı 1:1 hesabı ilə başa çatıb, bir həftə əvvəl evdə "Feyenord" qalib gəlib.
Cavab matçının 1-ci dəqiqəsində Santyaqo Ximenesin vurduğu qolla "Milan" önə keçib. 73-cü dəqiqədə rəqib hesabı bərabərləşdirib: Julian Karransa fərqlənib.
51-ci dəqiqədən etibarən "Milan" azlıqda qaldı: Teo Hernandes iki sarı vərəqə alaraq meydandan qovuldu (44, 51).