Bakı. Trend:
Almaniyanın “Bavariya” komandasının qapıçısı Yonas Urbiq antirekorda imza atıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, o, Münxen təmsilçisinin tarixində Bundesliqada debüt etdiyi mövsümün ilk beş oyununda qol buraxan yeganə qolkiper olub.
Məlumata görə, 21 yaşlı oyunçu “Bohum" (2:3), "Union" (1:1), "Sankt-Pauli" (3:2), "Auqsburq" (3:1) və "Borussiya Dortmund”la (2:2) matçlarda qapısında top görüb.
Qeyd edək ki, gənc qapıçı mart ayının əvvəlində baldır əzələsindən zədə alan Manuel Noyerin əsas əvəzləyicisidir.