...

Cüdo üzrə Olimpiya çempionları Xankəndi şəhərinə səfər ediblər (FOTO)

İdman Materials 23 Avqust 2025 12:36 (UTC +04:00)
Cüdo üzrə Olimpiya çempionları Xankəndi şəhərinə səfər ediblər (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi.Trend:

Cüdo üzrə Olimpiya çempionları Xankəndi şəhərinə səfər ediblər. Olimpiya çempionları Elnur Məmmədli, Hidayət Heydərov və Zelim Kotsoev səfər çərçivəsində şəhər sakinləri ilə görüşüb, burada aparılan tikinti-quruculuq işləri ilə yaxından tanış olublar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qonaqlar əvvəlcə Qarabağ Universitetini ziyarət ediblər. Onlara bu ali təhsil ocağının yaranma tarixi və fəaliyyəti barədə məlumat verilib.

Daha sonra idmançılar Xankəndi stadionuna baş çəkib, burada görülən tikinti işləri ilə maraqlanıblar.

Bildirilib ki, yaxın vaxtlarda stadionun yenidənqurma prosesi başa çatdırılacaq.

Qeyd edək ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, mədəni və idman həyatının bərpası istiqamətində ardıcıl tədbirlər icra olunur.Xatırladaq ki, dövlət başçısı 2024-cü ilin idman yekunlarına həsr olunmuş tədbirdə çıxışı zamanı idmançıların azad edilmiş torpaqlara səfərlərinin gənclər və uşaqlar üçün böyük əhəmiyyət daşıyacağını vurğulamışdı. Prezidentin bu çağırışına qoşulan idman ictimaiyyəti nümayəndələrinin səfərləri Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilir.Qeyd edək ki, proqram çərçivəsində Olimpiya çempionlarımızın Şuşa, Laçın, Füzuli və Ağdama da səfərləri və yerli sakinlərlə görüşləri planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti