...

Gəncədə ilk dəfə aerobika gimnastikası üzrə ölkə birinciliyi keçirilib (FOTO)

İdman Materials 3 Noyabr 2025 10:41 (UTC +04:00)
Gəncədə ilk dəfə aerobika gimnastikası üzrə ölkə birinciliyi keçirilib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

2 noyabr tarixində Gəncə şəhərində ilk dəfə olaraq aerobika gimnastikası üzrə 9-cu ölkə birinciliyi keçirilib. Yarış Gəncə İdman Sarayında baş tutub.

Trend xəbər verir ki, yarışda iştirak edən gimnastlar müxtəlif yaş kateqoriyaları və proqramlar üzrə çıxış ediblər.

Proqram çərçivəsində:

Balacalar (2017–2018) – fərdi çıxışlar,

Uşaqlar (2014–2016) – fərdi, qarışıq cütlük, üçlük və qrup proqramları,

Yeniyetmələr (2011–2013) – fərdi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramları,

Gənclər – fərdi və üçlük kompozisiyaları təqdim ediblər.

Yarışda “Ocaq Sport” Klubu və Sumqayıt Olimpiya İdman Kompleksini təmsil edən ümumilikdə 60-a yaxın gimnast iştirak edib. Gimnastlar bacarıqlarını nümayiş etdirərək yüksək əzmkarlıq və yaradıcılıq göstəriblər.

Fərqlənən iştirakçılar medal və diplomlarla mükafatlandırılıblar. Yarış təkcə gimnastların fərdi istedadlarını deyil, həm də komanda ruhunu, həmrəyliyi və idman mədəniyyətini nümayiş etdirməklə yadda qalıb.

Yarış, həmçinin gənc gimnastlarımız üçün 9-11 noyabr tarixlərində Gəncədə ilk dəfə keçiriləcək “Gənclər və 15 yaşadək gimnastlar arasında 1-ci Avropa çempionatı”na sınaq xarakteri daşıyıb.

Bütün iştirakçıları yarışda göstərdikləri iradə və gözəl çıxışlarına görə təbrik edir, növbəti yarışlarda yeni nailiyyətlər arzulayırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti