Bakı. Trend:
“İnter Mayami”nin ulduz hücumçusu Lionel Messi zədəsini tam sağaldaraq məşqlərə qayıdıb.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, 38 yaşlı argentinalı ulduz futbolçu MLS-in yeni mövsümünün ilk oyununa hazır olacaq.
Xatırladaq ki, Messi Ekvadorun "Barselona" klubu ilə keçirilən yoldaşlıq görüşündə zədələnmişdi.
