Bakı. Trend:
Argentina millisinin və ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel Messi İspaniyanın üçüncü divizionunda çıxış edən “Kornelya” futbol klubunu satın alıb.
Trend-in məlumatına görə, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl portuqaliyalı hücumçu Kriştianu Ronaldunun İspaniya çempionatının ikinci divizionunda çıxış edən “Almeriya” futbol klubunun səhmlərinin 25 faizinin sahibi olduğu barədə xəbər yayılmışdı.