Messi "İnter Mayami"nin oyununda zədələnib

İdman Materials 25 May 2026 08:51 (UTC +04:00)
Messi "İnter Mayami"nin oyununda zədələnib

Bakı. Trend:

ABŞ-nin "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messi Yüksək Futbol Liqasının (MLS) müntəzəm mövsümünün "Filadelfiya" ilə ev oyununda zədələnib.

Trend-in məlumatına görə, matç 6-4 hesabı ilə "İnter Mayami"nin xeyrinə başa çatıb və L. Messi iki məhsuldar ötürmə etdi. 73-cü dəqiqədə argentinalı oyunçunun yerinə Mateo Silvetti meydana çıxdı və Messi sol ayağından yapışaraq tribunaaltı otağa tərəf gedib.

"İnter Mayami" hələlik zədənin mahiyyəti və ya sağalma müddəti barədə açıqlama verməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti