"Messi yenidən qalib gəlməyə qadirdir"

İdman Materials 12 İyun 2026 17:58 (UTC +04:00)
"Messi yenidən qalib gəlməyə qadirdir"
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa millisinin və PSJ-nin hücumçusu Usman Dembele Lionel Messinin Argentina yığmasının heyətində növbəti dəfə dünya çempionu ola biləcəyinə inanır.

29 yaşlı forvard "Barselona"dakı sabiq komanda yoldaşı barədə bu sözləri deyib:

​"Messi? Sözsüz ki, bəli. O, istənilən kuboku qazana bilər. Mən "Barselona"da oynayanda artıq bunun şahidi olmuşam. ​Dörd yaş qocalması heç nəyi dəyişmir. O, indiyə qədər gördüklərimin ən yaxşısıdır. Tarixin ən yaxşı futbolçusudur. Əvvəlki kimi yenə də təhlükəlidir. ​Qoy artıq 38 yaşı olsun, amma onu dayandırmaq yenə də çətindir. Ustalıq öz yerində qalır. Messiyə qarşı diqqətli olmalıyıq. Çünki o, yenidən qalib gəlməyə qadirdir".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti