Azərbaycanın çimərlik güləşçiləri Batumidə iki medal qazanıblar (FOTO)

İdman Materials 22 İyun 2026 00:24 (UTC +04:00)
Azərbaycanın çimərlik güləşçiləri Batumidə iki medal qazanıblar (FOTO)

Bakı. Trend:

Gürcüstanın Batumi şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının III mərhələsi keçirilib.

Azərbaycan millisinin heyətində Rübail İbrahimli (70 kiloqram), Sahib Dadaşov, Vüsal Əliyev (hər ikisi 80 kiloqram), Əşrəf Aşırov, İlqar Nəzərli (hər ikisi 90 kiloqram) və İslam İlyasov (+90 kiloqram) mübarizə aparıb. Onlardan ikisi fəxri kürsüyə qalxıb.

Əşrəf Aşırov (90 kiloqram) uğurlu çıxış edərək yarışın qalibi olub. Bununla da həmyerlimiz ilk mərhələdəki nəticəni təkrarlayıb. Xatırladaq ki, Aşırov Vyetnamın Dananq şəhərində keçirilən analoji yarışda da çempion olmuşdu. Vüsal Əliyev (80 kiloqram) isə Batumidə bürünc medalı boynundan asıb.

Dünya Seriyasında I-S dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti