Dünya çempionatı: Belçika İranla heç-heçə edib

İdman Materials 22 İyun 2026 01:14 (UTC +04:00)
Dünya çempionatı: Belçika İranla heç-heçə edib

Bakı. Trend:

Belçika milli komandası futbol üzrə 2026-cı il dünya çempionatının ikinci turunda İran yığması ilə 0:0 hesablı heç-heçə edib.

Görüş ABŞ-nin Kaliforniya ştatının İnlqvud şəhərində keçirilib.

25-ci dəqiqədə İran millisinin hücumçusu Mehdi Taremi qol vurub, lakin video köməkçi hakim sisteminin (VAR) müdaxiləsindən sonra ofsayd səbəbindən qol ləğv edilib. 66-cı dəqiqədən etibarən belçikalılar müdafiəçi Natan Nqoyun qırmızı vərəqə alması səbəbindən meydanda azlıqda qalıb.

G qrupunda çıxış edən İran və Belçika milliləri iki oyundan sonra 2 xal toplayıblar. Birinci turda belçikalılar Misir yığması ilə 1:1 hesablı heç-heçə edib, iranlılar isə Yeni Zelandiya ilə 2:2 bərabərə qalıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti