Niderland millisinin baş məşqçisi vəzifəsindən istefa verəcək

İdman Materials 30 İyun 2026 20:45 (UTC +04:00)
Niderland millisinin baş məşqçisi vəzifəsindən istefa verəcək
Elvin Səlimov
Elvin Səlimov
Bütün xəbərlər

Bakı. Trend:

Ronald Kuman Niderland millisinin baş məşqçisi vəzifəsindən istefa verəcək.

Xarici media yazır ki, futbol üzrə Dünya Kubokunun 1/32 final mərhələsindəki məğlubiyyətdən sonra komandanın baş məşqçisi Ronald Kuman istefa verəcək.

30 iyunda əsas və əlavə vaxtda 1-1 hesablı heç-heçədən sonra hollandlar penaltilər seriyasında mərakeşlilərə uduzaraq ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi Dünya Kubokundakı iştiraklarını dayandırıblar.

59 yaşlı Kuman 2023-cü ilin yazından bəri Niderland milli komandasının məşqçisidir. O, əvvəllər 2018-ci ildən 2020-ci ilə qədər milli komandaya rəhbərlik edib. Onun dövründə niderlandlılar Avro 2024-ün yarımfinalına vəsiqə qazanıb və Avro 2020-də 1/8 finala vəsiqə qazanıb. Kumanın rəhbərliyi altında komanda həmçinin 2019-cu ildə Millətlər Liqasında gümüş medal qazanıb.

Xəbər lenti

Xəbər lenti