“Barselona” Kristensenlə yeni müqavilə imzalayıb

İdman Materials 1 İyul 2026 14:07 (UTC +04:00)
“Barselona” Kristensenlə yeni müqavilə imzalayıb
Elvin Səlimov
Elvin Səlimov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın “Barselona” klubu futbolçusu Andreas Kristensenlə yeni müqavilə imzalayıb.

Klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi daha iki mövsüm Kataloniya təmsilçisinin formasını geyinəcək. Bununla yanaşı, 2027-ci ilin yayında tərəflərdən hər biri sözləşməyə vaxtından əvvəl xitam vermək hüququna malik olacaq.

2022-ci ildən "Barselona"da çıxış edən danimarkalı oyunçu indiyədək komandanın heyətində 98 matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti