Argentina millisindən əzmkar qələbə - DÇ-2026

İdman Materials 7 İyul 2026 22:54 (UTC +04:00)
Argentina millisindən əzmkar qələbə - DÇ-2026

Bakı. Trend:

2026-cı il futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində Argentina və Misir milli komandaları arasında keçirilən oyun başa çatıb. Qarşılaşma ABŞ-nin Atlanta şəhərində yerləşən "Mercedes-Benz Stadium"da baş tutub. Matçın baş hakimi Fransadan olan Fransua Leteksye olub. Görüş Argentina millisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesabı 15-ci dəqiqədə Misir millisinin müdafiəçisi Yasir İbrahim açıb. 21-ci dəqiqədə Lionel Messinin yerinə yetirdiyi penalti zərbəsini qapıçı Mostafa Şobeyr dəf edib. Bu, Messinin DÇ-2026-da qaçırdığı ikinci penalti zərbəsi olub. Qarşılaşmanın 67-ci dəqiqəsində misirli yarımmüdafiəçi Ziko komandasının üstünlüyünü iki topa çatdırıb. 79-cu dəqiqədə argentinalı müdafiəçisi Romero hesab arasındakı fərqi azaldıb, Lionel Messi isə 84-cü dəqiqədə hesabı bərabərləşdirib. Əlavə vaxtın 90+3-cü dəqiqəsində yarımmüdafiəçi Enso Fernandes qalibiyyət qolunu vuraraq Argentinaya 3:2 hesablı qələbə qazandırıb.

1/4 final mərhələsinə adlayan Argentina millisi İsveçrə–Kolumbiya cütünün qalibi ilə qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti