İspaniya son dəqiqələrdə vurduğu qolla yarımfinala yüksəlib - DÇ-2026

İdman Materials 11 İyul 2026 01:05 (UTC +04:00)
İspaniya son dəqiqələrdə vurduğu qolla yarımfinala yüksəlib - DÇ-2026

Bakı. Trend:

2026-cı il futbol üzrə dünya çempionatının 1/4 final mərhələsində İspaniya və Belçika yığmaları arasında keçirilən oyun başa çatıb. Qarşılaşma ABŞ-nin İnqlvud şəhərində yerləşən “SoFi” stadionunda baş tutub. Oyunun baş hakimi İngiltərədən olan Maykl Oliver olub. Görüşdə pireneylilər 2:1 hesabı ilə qələbə qazanıb.

Matçda hesabı 30-cu dəqiqədə İspaniya millisinin yarımmüdafiəçisi Fabian Ruiz açıb. Belçikanın hücumçusu Şarl De Ketelare isə 41-ci dəqiqədə hesabı bərabərləşdirib.

İkinci hissədə, 71-ci dəqiqədə belçikalıların qapıçısı Tibo Kurtua zədə səbəbindən əvəzlənib və onun yerinə meydana Senne Lammens çıxıb. İspaniyalı yarımmüdafiəçi Mikel Merino 88-ci dəqiqədə Lammensin səhvindən yararlanaraq komandasını yenidən hesabda irəli çıxarıb.

İspaniya millisi 14 iyul tarixində keçiriləcək dünya çempionatının yarımfinalında Fransa ilə qarşılaşacaq.

2026-cı il dünya çempionatı iyunun 11-dən ABŞ, Kanada və Meksikada keçirilir. Turnirin final oyunu iyulun 19-da ABŞ-nin İst-Raterford şəhərindəki "Metlayf" stadionunda baş tutacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti