Bakı. Trend:
Argentinalı futbol ulduzu Lionel Messi MLS çərçivəsində keçirilən və 2:2 hesabı ilı yekunlaşan "Filadelfiya Union" - "İnter Mayami" matçında Dünya Çempionatından sonra ilk qolunu vurub.
Çesterdəki "Subaru Park" stadionunda keçirilən qarşılaşmada "Filadelfiya"nın qollarını 11-ci dəqiqədə İndiana Vassilev və 58-ci dəqiqədə Nil Pyer vurublar.
"İnter Mayami"nin heyətində isə 21-ci dəqiqədə Daniel Pinter və 26-cı dəqiqədə argentinalı hücumçu Lionel Messi fərqləniblər. Uruqvaylı forvard Luis Suares məhsuldar ötürmə ilə yadda qalıb.
Beləliklə, "Filadelfiya" dörd oyunluq qələbə seriyasını dayandırıb. "İnter Mayami" isə MLS-də qələbəsiz oyunlar seriyasını üç matça çatdırıb. Komanda daha əvvəl "Kolumbus Kryu" ilə heç-heçə etmiş, "Neşvil"ə isə məğlub olmuşdu.
Növbəti MLS oyununda "İnter Mayami" "Toronto" ilə, "Filadelfiya Union" isə "Ostin"lə qarşılaşacaq. Hər iki oyun avqustun 23-də keçiriləcək.
