Boksçularımız Avropa çempionatını rekord sayda medalla başa vurublar

İdman Xəbər 25 Sentyabr 2026 22:59 (UTC +04:00)
Boksçularımız Avropa çempionatını rekord sayda medalla başa vurublar

Bakı. Trend:

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub. Komandamızın heyətində Sübhan Mamedovun (50 kiloqram) ardınca Səidcəmşid Cəfərov da yarışın qızıl medalını qazanıb.

Bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Məlumata əsasən, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan milli üzvü finalda İsmayıl Mutsolqovu (Rusiya) məğlub edib - 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28).

Bununla da Azərbaycan millisi 43 ölkədən 406 boksçunun qatıldığı Avropa çempionatını rekord sayda - 5 medalla başa vurub. Baş məşqçi Ravşan Xocayevin rəhbərlik etdiyi komandamız 2 qızıl, 1 gümüş və 2 bürünc mükafata sahib olub.

Qeyd edək ki, Avropa çempionatında Cəfərovdan öncə Sübhan Mamedov (50 kiloqram) da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nəbi İsgəndərov (70 kiloqram) gümüş, Amin Məmmədzadə (55 kiloqram) və Məhəmməd Abdullayev (+90 kiloqram) bürünc medal qazanıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti