"İnter Mayami" böyükhesablı qələbə qazanıb, Messi və Suares dubl ediblər - MLS (VİDEO)

İdman Xəbər 11 Oktyabr 2026 06:22 (UTC +04:00)
"İnter Mayami" böyükhesablı qələbə qazanıb, Messi və Suares dubl ediblər - MLS (VİDEO)
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

MLS çərçivəsində “İnter Mayami”nin “Di-Si Yunayted”i qəbul etdiyi oyun başa çatıb. Fort-Loderdeyldəki “DRV PNK Stadium” stadionunda keçirilən görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qalib komandanın heyətində uruqvaylı hücumçu Luis Suares (3-cü və 39-cu dəqiqələr) və argentinalı forvard Lionel Messi (47-ci və 60-cı dəqiqələr) dubl ediblər. Beləliklə, “İnter Mayami” MLS-də qələbəsiz keçirdiyi beş oyunluq seriyaya son qoyub.

Bundan əvvəl komanda dörd heç-heçə edib və bir məğlubiyyətlə üzləşib. “Di-Si Yunayted” isə son üç oyunda ikinci dəfə məğlub olub.

MLS-in növbəti turunda “İnter Mayami” “Nyu-York Siti” ilə, “Di-Si Yunayted” isə “Nyu-York Red Bullz” ilə qarşılaşacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti