...

Bağlanan 4 bankın əmanətçilərinə kompensasiyaların yarıdan çoxu ödənilib

İqtisadiyyat Materials 20 Avqust 2016 11:56 (UTC +04:00)
Avqustun 1-dən etibarən Əmanətlərin Sığortalanması Fondu “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.
Bağlanan 4 bankın əmanətçilərinə kompensasiyaların yarıdan çoxu ödənilib

Bakı. Samir Əli - Trend:

Avqustun 1-dən etibarən Əmanətlərin Sığortalanması Fondu “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.

Əmanətlərin Sığortalanması Fondundan Trend-ə verilən məlumatda bildirilir ki,  avqustun 19-da “Parabank” ASC-nin qorunan əmanətçilərinə  19,5 milyon   manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə  28,8 milyon manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  5,8 milyon manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2,3 milyon manatdan artıq kompensasiya ödənilib. Ümumilikdə 4 bank üzrə 56,4 milyon manatdan artıq kompensasiya ödənilib.

Fond məlumat üçün bildirir ki, 01 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi- milli valyuta üzrə 12%, xarici valyuta üzrə 3 % həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanır.

2 mart 2016-cı il tarixdən əvvəl illik 12 %-ə qədər xarici valyutada yerləşdirilən əmanətlər üzrə hərbir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödəniləcək.

Əmanətçilər onlara lazım olan məlumatları Əmanətlərin Sığortalanması Fondunun rəsmi veb səhifəsindən : www.adif.az əldə edə bilər, Fondla 941 saylı qaynar xətt, və ya 596 65 91/92 nömrələri vasitəsilə əlaqə yarada bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti