...

Türkiyə gəmiqayırma sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır (ÖZƏL)

İqtisadiyyat Materials 3 Dekabr 2016 09:12 (UTC +04:00)
Türkiyə gəmiqayırma və liman işi sahələrində böyük təcrübəyə malikdir və bu təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.
Türkiyə gəmiqayırma sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır (ÖZƏL)

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə gəmiqayırma və liman işi sahələrində böyük təcrübəyə malikdir və bu təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.

Bunu Trend-ə eksklüziv müsahibəsində Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan deyib.

Onun sözlərinə görə, Bakı və Ankara gəmiqayırma sahəsində olduğu kimi digər sahələrdə də əməkdaşlıq edir.

Nazir deyib: “Türkiyə Azərbaycanla Xəzər dənizindəki limanlarda infrastrukturun və gəmiqayırma müəssisələrinin inkişafı sahəsində fəal əməkdaşlıq edir. Türkiyə şirkətləri bu limanlarda aparılan tikinti işlərində iştirak edir.”

Ə.Arslan qeyd edib ki, Türkiyə və Azərbaycan Qara dəniz limanlarının, o cümlədən Samsun limanının istifadəsində əməkdaşlığın inkişaf etdirilməsi üzərində işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti