...

"Günəşli" yatağında 121 nömrəli quyu istismara verilib

İqtisadiyyat Materials 27 Yanvar 2017 11:48 (UTC +04:00)
“Günəşli” yatağındakı 121 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
"Günəşli" yatağında 121 nömrəli quyu istismara verilib

Bakı. Trend:

“Günəşli” yatağındakı 121 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, “Günəşli” yatağındakı 3 saylı dərin dəniz özülündən 121 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin IX horizontundan qazlift üsulu ilə məhsul verib, 2798-2739 metr intervaldan sutkalıq 40 ton neft və 3500 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti