...

Sarayevo küçəsi təmir olunur (FOTO/VİDEO)

İqtisadiyyat Materials 5 Aprel 2017 16:37 (UTC +04:00)
Xətai rayonu Sarayevo küçəsinin təmiri işlərinə başlanılıb.
Sarayevo küçəsi təmir olunur (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Xətai rayonu Sarayevo küçəsinin təmiri işlərinə başlanılıb.“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Sözügedən küçədə yolun köhnə asflat-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Yolun hərəkət hissəsi asfaltlanması üçün hazır vəziyyətə gətirilib. Daha sonra küçəyə 2 qat olmaqla asfalt-beton örtüyü döşənəcək. Ümumilikdə isə 16 min m2 ərazinin asflatlanması nəzərdə tutulub.

Hazırda küçə boyu mövcud piyada səkilərinin bərpa edilməsi, kənarlarına səki daşlarının düzülməsi işləri görülür. Uzunluğu 1260 metr, 4 hərəkət zolaqlı olmaqla yolun eni bir istiqamət üzrə 7.5 metr olan küçənin ümumi eni 15 metrdir. Piyada səkilərinin eni isə 1.5 metr təşkil edir. Təmir işləri çərçivəsində küçə boyu 1015 paqon-metr yeni səki daşları düzüləcək.

Aparılan işlər zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün nəzərdə tutulan mövcud yağış-kanalizasiya sistemi bərpa olunacaq, zəruri olan yerlərdə 9 ədəd yeni yağış barmaqlıqları qoyulacaq, 28 ədəd isə yeraltı kommunikasiya xətlərinin yeni baxış qapaqları quraşdırılacaq.

Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin 10 yerdə piyada keçidi zolaqları çəkiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti