Azərbaycanda özünüməşğulluq proqramının icrasında BƏT meyarlarına xüsusi önəm verilir (FOTO)

Azərbaycanda özünüməşğulluq proqramının icrasında BƏT meyarlarına xüsusi önəm verilir (FOTO)

Bakı. Trend:

Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının Cenevrədə (İsveçrə) keçirilən 106-cı sessiyasında iştirak edən Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BƏT-in Baş direktoru Q.Rayderlə görüşüb.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə S.Müslümov vurğulayıb ki, əmək resurslarından səmərəli istifadə edilməsi, hər bir vətəndaşın layiqli yaşayış və iş yeri ilə təmin olunması ölkəmizin sosial-iqtisadi inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir: “Prezident İlham Əliyevin milli iqtisadiyyatın sürətli inkişafını təmin edən islahatlar kursu uğurlu iqtisadi şaxələndirmə və özəl sektorun genişlənməsi şəraitində əmək tutumlu sahələrin və yeni iş yerlərinin yaradılmasının daimi prosesə çevrilməsinə səbəb olub. Məşğulluğun artımı ötən dövrdə əhalinin adambaşına gəlirlərinin dəfələrlə artmasını, bu əsasda rifah səviyyəsinin yüksəlməsini şərtləndirib. Son illərdə qlobal böhranın təsirlərinə adekvat olaraq aparılan islahatlar da ölkədə iqtisadi dayanıqlığı, xüsusən qeyri-neft iqtisadiyyatında artımı stimullaşdırıb, əmək bazarındakı sabitliyin davam etməsini, işsizliyin aşağı səviyyədə saxlanmasını təmin etməyə imkan verib. Dünya İqtisadi Forumunun “2016–2017-ci illər üzrə qlobal rəqabətlilik hesabatı”nda 2006-cı illə müqayisədə 27 pillə irəliləyərək 138 ölkə arasında 37-ci yeri tutan Azərbaycan həmçinin bu hesabata əsasən əmək bazarının səmərəliliyi üzrə 26-cı yerdədir”.

Nazir bildirib ki, ölkə iqtisadiyyatının perspektiv istiqamətləri üzrə Strateji Yol Xəritəsində nəzərdə tutulan dörd strateji hədəfin hər biri ümumi iqtisadi inkişafın davamlı xarakter almasına hesablanmaqla bərabər, məşğulluq amilini də ehtiva edir: “Sənəddə insan kapitalının inkişaf etdirilməsi ayrıca strateji məqsəd kimi müəyyən edilib. Bu da bir tərəfdən əmək məhsuldarlığının yüksəldilməsinə, digər tərəfdən işçi qüvvəsinin əmək bacarıqlarının artırılması yolu ilə layiqli əməyin təminatına, nəticə etibarilə əmək bazarının inkişafının milli iqtisadiyyatın perspektivinə uyğunlaşdırılmasına yol açır”.

S.Müslümov əmək hüquqlarının qorunması, layiqli əməyin təmin edilməsi yönündə ölkəmizdə fəal siyasətin aparıldığını vurğulayıb, dövlət başçısının müvafiq Sərəncamı ilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası barədə məlumat verib. O qeyd edib ki, bu Komissiyanın fəaliyyəti işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və s. kimi mühüm məqsədlərə yönəlib.

Nazir Azərbaycanda ümumi sosial müdafiə sisteminin mühüm komponentlərindən biri kimi işsizlikdən sığorta sisteminin qurulması işlərinin də aparıldığını bildirib: “Artıq “İşsizlikdən sığorta haqqında” Qanunun layihəsi parlament səviyyəsində müzakirədədir. Bu Qanunun qəbulu bir tərəfdən işsiz vətəndaşların sosial müdafiəsinin güclənməsinə və aktiv əmək bazarı proqramlarının daha da genişlənməsinə şərait yaratmaqla, qeyri-rəsmi məşğulluq hallarının aradan qaldırılmasında da stimullaşdırıcı rol oynayacaq”.

Son illərdə Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatları, yeni yaradılmış avtomatlaşdırılmış idarəetmə və xidmət sistemlərini diqqətə çatdıran S.Müslümov müvafiq iş sahələrinin təkmilləşdirilməsində BƏT-lə əməkdaşlığa xüsusi önəm verildiyini, ötən dövrdə əlaqələrin daim genişləndiyini vurğulayıb: “BƏT-in əmək və məşğulluq sahəsində əsas insan hüquqlarını əhatə edən 8 təməledici, 4 prioritet Konvensiyasına, ümumilikdə 57 Konvensiyasına qoşulan Azərbaycan müvafiq sahədə qanunvericiliyini bu sənədlərin prinsiplərinə uyğun formalaşdırıb. Ötən dövrdə bu Təşkilatla bir sıra aktual iş sahələri, o cümlədən gənclər üçün aktiv məşğulluq proqramlarının işlənib hazırlanması, kadr və institisional potensialın gücləndirilməsi üzrə birgə layihələrin icrasında uğurlu iş təcrübəmiz vardır. “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” əməkdaşlığımızın daha da genişlənməsinə, Proqramda əksini tapan sosial-iqtisadi hədəflərə doğru birgə və məqsədyönlü işlərin aparılmasına imkan verib”.

Ölkəmizdə özünüməşğulluq proqramının icrasında BƏT-in meyarlarına xüsusi önəm verildiyini qeyd edən nazir bu proqramın uğurla həyata keçirilməsində, xüsusən beynəlxalq sertifikatlı təlimçilər qrupunun yaradılmasında BƏT-in dəstəyini yüksək dəyərləndirib. S.Müslümov özünüməşğulluq proqramının icrası, habelə ölkənin yeni Məşğulluq Strategiyasının layihəsinin hazırlanması sahəsində BƏT-lə aparılan birgə işləri əməkdaşlığın uğurlu davamı kimi qiymətləndirib: “Hazırda Azərbaycanla BƏT arasında çoxşaxəli fəaliyyət istiqamətlərini əhatə edən əməkdaşlıq gündəliyi mövcuddur və bu amil əsas götürülərək ölkəmiz BƏT-in Rəhbər Orqanına üzvlüyə namizədliyini irəli sürüb”.

Q.Rayder rəhbərlik etdiyi təşkilatın Azərbaycanla daim genişlənən əməkdaşlığından, ölkəmizdə əmək və məşğulluq sahəsində aparılan islahatların müsbət nəticələrindən məmnunluğunu ifadə edib. BƏT-in Baş direktoru “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın imzalanmasını əməkdaşlığın yeni mərhələsi kimi qeyd edərək, Proqramdan irəli gələn məsələlərin həlli sahəsində respublikamızda uğurlu nəticələrə nail olunacağına əminliyini bildirib. Q.Rayder Azərbaycanda aktiv əmək bazarı tədbirlərinin genişlənməsinin, işsiz və işaxtaran insanların özünüməşğulluq fəaliyyətinə şərait yaradılmasının təqdirəlayiq olduğunu, bu sahədə, həmçinin sosial dialoqun gücləndirilməsində BƏT-in bundan sonra da dəstək göstərmək əzmində olduğunu vurğulayıb.

Görüşdə Azərbaycanla BƏT arasında gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bu il TAP vasitəsilə tədarük olunan qazın həcmi açıqlanıb
Bu il TAP vasitəsilə tədarük olunan qazın həcmi açıqlanıb
Dünya Bankı neft qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb
Dünya Bankı neft qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb
Azərbaycanda neft hasilatı azalıb, qaz hasilatı isə artıb
Azərbaycanda neft hasilatı azalıb, qaz hasilatı isə artıb
Loading Bars
Xəbər lenti
“Rabitəbank” valideyn himayəsindən məhrum uşaqları sevindirib
Çindən yola salınan ikinci yük qatarı Bakıya çatıb
Zəngəzur dəhlizi açılacaq, Ermənistan da bu fikri qulağına sırğa eləməlidir - Deputat
Daha bir marşrut xəttində gedişhaqqı “BakıKart”la ödəniləcək
Bu il TAP vasitəsilə tədarük olunan qazın həcmi açıqlanıb
2021-ci ilin ən yaxşı avtomobili açıqlanıb
Bərdə sakininin həkim səhlənkarlığı ilə bağlı şikayəti araşdırılır - Baş Prokurorluq
AQTİ mütəxəssisləri pestisid qalıqları və mikotoksinlərin analizi üzrə beynəlxalq təlimlərə cəlb olunub
Mehridə etirazçılar Paşinyanın kortejinin qarşısını kəsib (VİDEO)
Bakı Ali Neft Məktəbi regional “Petrobowl” yarışının qalibi olub
Azərbaycan nefti ucuzlaşıb
Dövlət Vergi Xidməti və DGK-dən büdcəyə daxilolmalar proqnozu üstələyib
Ötən gün ölkədə 30 yanğın olub, 4 azyaşlı xilas edilib
Beş rayonda 10 kənd yolu yenidən qurulur (FOTO)
Dövlət büdcəsində 212 milyon manat profisit yaranıb
Keçmiş arvadını öldürən Tərtər sakininin məhkəməsi başlayır
“Müasir biologiyanın pandemiya sınağı” adlı videoformatda elmi-praktik konfransı keçiriləcək
"ATV" cərimələnib, "Bizimləsən" proqramının yayımı dayandırılıb
Bərdədə vətəndaşların mənzillərini qarət edən dəstə yaxalandı
Ağır yaralanan daha 12 qazi Türkiyəyə göndərilib (FOTO)
Dünya Bankı neft qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb
Bakıda özünü və iki körpəsini binadan atan qadının məhkəməsi başlayır
Avropa Superliqası fəaliyyətini dayandırdı - Bəyanat
Azərbaycanda auditin rəqəmsallaşdırılması üzrə işlər sürətləndirilir - Auditorlar Palatasının sədri
Azərbaycanda neft hasilatı azalıb, qaz hasilatı isə artıb
Qusarda narkotik becərən şəxs yaxalanıb (FOTO)
2 koronavirus xəstəsi küçədə saxlanıldı (FOTO)
Kaspersky 2020-ci ilin maliyyə yekunlarını təqdim edib
Bakıda meyiti damda tapılan qız niyə ölüb? - Araşdırma başladı
Polis Saatlı və Zərdabda əməliyyat keçirdi, silahlı şəxslər yaxalandı
Qubadlının Ulaşlı kəndi (VİDEO)
Bu həftə ünvanlı yardımın ödənilməsi nəzərdə tutulub - DSMF
Evini tərk edən daha 9 aktiv koronavirus xəstəsi saxlanıldı
Ermənistan üçtərəfli bəyanatın icrası əvəzinə, beynəlxalq ictimaiyyəti yanıltmağa çalışır - XİN
Azərbaycanda maliyyə hesabatı verən siyasi partiyaların sayı artıb
Bakıda binanın damında gənc qız meyiti tapılıb
Xaçmazda 3 otaqlı ev yanıb
Pandemiyadan sonra hansı sahələr daha tez bərpa olunacaq? - ŞƏRH
Kanada ABŞ sərhədləri 21 aprelə qədər bağlı qalacaq
Aprelin 21-də xarici valyutaların manata qarşı məzənnələri
Ağstafada yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb (FOTO)
İsveçrədə İdman Gimnastikası üzrə Avropa Çempionatına start verilir
60 mindən çox şəxs Qarabağa qayıdış proqramı çərçivəsində keçirilən sorğuda iştrak edib
Gəncə yol polisi avtoxuliqanlıq edənlərə qarşı reyd keçirib (FOTO)
Aİ "COVİD-sertifikat"ları iyundan tətbiq edəcək
Suriyanın prezidentliyi uğrunda mübarizəyə ilk dəfə qadın qatılacaq
ABŞ-da sabiq polis Corc Floydun ölümündə təqsirli bilinib
Əfqanistana dair İstanbul konfransı təxirə salınıb
İngilitərə Premyer Liqası: "Çelsi" "Brayton"la heç-heçə etdi
Türkiyədə son sutkada koronavirusdan 55 592 nəfər sağalıb
Bakıda kirayə mənzillər ucuzlaşıb
Bakıda yaşayış binasında yanğın olub
Dünyada koronavirusa yoluxanların sayı 141,7 milyonu ötüb - ÜST
Tovuzda birmərtəbəli ev yanıb
Samuxda yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb
Əli Əsədov ilə Rusiya Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub
Avropa çempionatında güləşçimiz Turan Bayramov gümüş medal qazanıb
Prezident İlham Əliyev: Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaq
Prezident İlham Əliyev: Qarabağ zonasında da sənaye parkları olacaq
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və revanşist düşüncələrdən əl çəkməlidir - Deputat
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Azərbaycan "Şərq tərəfdaşlığı" ölkələri arasında vahid rouminq məkanının yaradılması təşəbbüsünə qoşulub
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: Erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir
Prezident İlham Əliyev: Yaxın gələcəkdə Zəngilan rayonunda yeni hava limanının tikintisinə start veriləcək
SOCAR-ın Türkiyədəki neft-kimya kompleksinin satışlarının artımı proqnozlaşdırılır
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq
Prezident İlham Əliyev: Bizim planlarımız Ermənistanı beynəlxalq məhkəmələrə verməkdir
Prezident İlham Əliyev: Tövsiyə etmişəm ki, Qarabağda buna oxşar təsərrüfatlar yaradılsın
Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərin elektrik təchizatı bu ilin sonuna qədər başa çatacaq
Prezident İlham Əliyev: Əlliyə yaxın aqroparkın yaradılması nəzərdə tutulur
Azərbaycan Prezidenti: Böyük aqroparkların yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyini təmin etməkdir
Prezident İlham Əliyev: Hacıqabul rayonunda həyata keçirdiyimiz işlərin nəticələrini görürük
Azərbaycan Türkiyədən təxminən 20 milyon dollarlıq avtomobil idxal edib
Bakıda torpaq qiymətləri bahalaşıb
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Goranboyda mərasim iştirakçıları məsuliyyətə cəlb olunub
SOCAR-ın Kulevi terminalı vasitəsilə daşımaların həcmi açıqlanıb
Azərbaycanda ani buraxılış imkanı ilə rəqəmsal kartlar təqdim olunacaq
Karantin rejimini pozan Rəşad Dağlı məsuliyyətə cəlb edildi
Beynəlxalq humanitar hüquq mövzusunda seminar keçirilib (FOTO/VİDEO)
Prezident İlham Əliyevin Hacıqabula səfəri regionların inkişafına olan diqqətin əyani təzahürüdür
Havada toz dumanı müşahidə olunur
BTC vasitəsilə Türkiyəyə neft nəqli azalıb
SOCAR İstiqrazlarının növbəti faiz ödənişi həyata keçirilib
Avropa Şurası Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün dəstəyini təklif edə bilər
Maliyyə Nazirliyi “Sovetski” adlanan ərazidə yaşamış bir qrup sakinin iddialarına münasibət bildirib
İtkin düşən daha 2 hərbi qulluqçumuzun nəşi tapılaraq ailəsinə təhvil verilib
Vətən müharibəsində itkin düşən hərbçilərin sayı açıqlanıb
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində elmi-praktiki seminar keçirilib (FOTO/VİDEO)
İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - Hərbi Prokurorluq
Aprelin 21-nə USD/AZN rəsmi məzənnəsi
Bir sıra ölkələrdən Azərbaycana quş və quş ətinin gətirilməsi qadağan edildi
Ermənistan 10 noyabr bəyanatının iqtisadi və nəqliyyat əlaqələrinin canlandırılması ilə bağlı bəndinə əməl etmir - "Azernews"
Kunio Mikuriya: Azərbaycan gömrük xidmətinin informasiya texnologiyalarının tətbiqi sahəsində atdığı addımları alqışlayırıq (FOTO)
Məhkəmə həbsdə olan generalın vəsatətini rədd etdi
Bu ilin ilk rübündə ƏƏSMN-in e-xidmətlərinə 3,5 milyon müraciət qeydə alınıb
Nardarandakı daş karxanasının fəaliyyəti dayandırılacaq
Xalq Bank ilin ilk rübünün yekunlarını açıqladı
“Enactus Azərbaycan Yaz Məktəbi” layihəsi baş tutub (FOTO)
Bütün xəbərlər