...

Mədəniyyət və Turizm Nazirliyi Caspian American Forumu dəstəkləyir

İqtisadiyyat Materials 7 İyul 2017 14:07 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi Caspian American Forumu rəsmi şəkildə dəstəkləyir
Mədəniyyət və Turizm Nazirliyi Caspian American Forumu dəstəkləyir

Bakı. Trend:

Mədəniyyət və Turizm Nazirliyi dekabrın 6-da Bakıda keçiriləcək Caspian American Foruma rəsmi dəstək göstərəcək.

Bu barədə Trend-ə Caspian European Club-dan verilib.

Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin sözlərinə görə, “Caspian American Forum – 2017”də Şimali və Cənubi Amerika, həmçinin Xəzər-Qara dəniz, Aralıq dənizi və Baltik regionu ölkələrini təmsil edən şirkətlərin 300-dən artıq nümayəndəsi iştirak edəcək.

O qeyd edib ki, forum Xəzər regionu, Şimali və Cənubi Amerika ölkələrinin şirkət və bazarlarının biznes-dialoqunun, ticari əlaqələrinin, əməkdaşlığın yeni istiqamətlərinin stimullaşması üçün informasiya meydanı rolunu oynayacaq. Forumun birinci sessiyası enerji və neft-qaz layihələrinin müzakirəsinə, həmçinin alternativ enerjinin inkişafına həsr olunacaq.

Forumun ikinci sessiyasında qeyri-neft sektorunun, xüsusilə maliyyə, nəqliyyat, aqrosənaye, turizm, inşaat və İKT-nin bu gün üçün aktual olan layihələrinə toxunulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti