...

Caspian European Club və Caspian Energy 22-ci Dünya Nef Konqresində iştirak edir

İqtisadiyyat Materials 10 İyul 2017 14:09 (UTC +04:00)
Caspian European Club və Caspian Energy 22-ci Dünya Nef Konqresində iştirak edir
Caspian European Club və Caspian Energy 22-ci Dünya Nef Konqresində iştirak edir

Bakı. Trend:

Caspian European Club və Caspian Energy International Media Group-un nümayəndə qrupu 22-ci Dünya Nef-Qaz Konqresi və Sərgisinin (22nd World Petroleum Congress and Exhibition) işində iştirak edir. Sərgidə Caspian Energy-nin stendi nümayiş olunacaq.

Bu barədə Trend-ə Caspian European Club-dan məlumat verilib.

Caspian Energy International Media Group iyulun 9-dan 13-dək İstanbulda keçirilən Dünya Neft-Qaz Konqresinin media-partnyorudur.

Konfransa dəvət olunmuş spikerlər arasında ABŞ-ın dövlət katibi Reks Tillerson, Rusiyanın energetika naziri Aleksandr Novak, Total-ın baş direktoru Patrik Puyanne, Türkiyənin energetika naziri Berat Albayrak, BP-nin icraçı direktoru Bob Dadli, Saudi Aramco şirkətinin rəhbəri Amin Naser, Oil and Gas Credit Suisse-in rəhbəri Osman Abib, Bəhreynin neft naziri şeyx Muhəmməd bin Xəlifə bin Əhməd Əl Xəlifə, OPEK-in baş katibi Muhəmməd Sanusi Barkindo, Shell-in baş icraçı direktoru Ben vann Beurden, BEA-nın icraçı direktoru Fatih Birol, Woodside-nin baş direktoru Pitel Kolmen və digərləri yer alıblar.

Çıxış edənlər arasında Shell, Kuwait Petroleum, Total, Saudi Aramco, Barra Energia SA, Petronas, NIOC, ExxonMobil Gas, BP, ENGIE, Halliburton, Schlumberger və s. kimi şirkətlərin rəhbərləri və nümayəndələri də olacaq.

Caspian Energy dünyanın 50 ölkəsində yayılır. Fəaliyyət göstərdiyi 18 il ərzində jurnalda MDB və Aİ ölkələrinin prezident və baş nazirlərinin, eyni zamanda nüfuzlu beynəlxalq təşkilatların, iri transmilli şirkətlərin rəhbərlərinin müsahibələri və aparıcı ekspertlərin icmal və analitik materialları dərc olunur.

Müxtəlif qiymətləndirmələrə görə, "Caspian Energy" jurnalı Xəzər-Qara dəniz regionunun aparıcı nəşrləri beşliyinə daxil olub, Xəzər-Qara dəniz və Baltik regionlarında fəaliyyətin müəyyən edilməsində əksər sərmayəçilər üçün istiqamətləndirici rolunu oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti