...

İstanbulda Bosfor boğazının altından 3 mərtəbəli tunel tikiləcək

İqtisadiyyat Materials 28 İyul 2017 20:36 (UTC +04:00)
Bu gün proses çərçivəsində kəşfiyyat işləri başlayıb.
İstanbulda Bosfor boğazının altından  3 mərtəbəli tunel tikiləcək

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulda Bosfor boğazının altından yeni tunel tikiləcək.

Trend-in məlumatına görə, bu gün proses çərçivəsində kəşfiyyat işləri başlayıb.

6,5 kilometr uzunluqda olacaq tuneldən yüklərin daşınması, eləcə də avtomobillərin keçidi nəzərdə tutulur.

3 mərtəbədən ibarət olacaq yeni tunel dənizin 110 metr dərinliyindən keçəcək. Tunel İstanbulun Avropa və Asiya hissəsini birləşdirəcək. Layihənin dəyəri 3,5 milyard dollardır.

Qeyd edək ki, İstanbulda 2016-cı ildə istifadəyə verilən "Avrasiya" tuneli boğazın 106,4 metr dərinliyindən keçir, ümumi uzunluğu isə 5,4 kilometrdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti