...

Tərtərdə torpaqların elektron kadastr uçotu informasiya sisteminə başlanılıb (FOTO)

İqtisadiyyat Materials 30 Avqust 2017 12:10 (UTC +04:00)
Torpaqların Elektron Kadastr Uçotu informasiya Sisteminə Tərtər rayonunda start verilib.
Tərtərdə torpaqların elektron kadastr uçotu informasiya sisteminə başlanılıb (FOTO)

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Tərtər rayonunda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə əlaqədar işlərə başlanılıb.

Komitədən Trend-ə verilən məlumata görə, görülən işlərin mahiyyəti və nəticələrinin izahı ilə bağlı bu gün Tərtər rayonunda maarifləndirmə işləri ilə bağlı regional işgüzar forum keçirilib.

Bildirilib ki, artıq respublikanın 12 rayonunda elektron kadastr uçotu işlərinin məlumatlarına istinad etməklə bələdiyyə xəritələrinin hazırlanmasına başlanılıbdır.

Torpaq uçotu işlərinin yekununda kənd təsərrüfatı istehsalatının ərazi üzrə düzgün planlaşdırılması, eroziya, sürüşmələr kimi proseslərin düzgün qiymətləndirilməsi, habelə torpaqların mənfi təsirlərdən qorunması məqsədi ilə layihələndirmə işlərinin aparılması üçün imkanlar yaradılacaqdır. Tərtər rayonunda torpaq uçotu işlərinin 2018-ci ildə yekunlaşması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti