...

"Caspian Energy Transport Forum"a qeydiyyat davam edir

İqtisadiyyat Materials 15 Sentyabr 2017 12:38 (UTC +04:00)
Sentyabrın 20-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə keçiriləcək "Caspian Energy Transport Forum"un iştirakçılarının qeydiyyatı davam edir.
"Caspian Energy Transport Forum"a qeydiyyat davam edir

Bakı. Trend:

Sentyabrın 20-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə keçiriləcək "Caspian Energy Transport Forum"un iştirakçılarının qeydiyyatı davam edir.

Bu barədə Trend-ə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Onun sözlərinə görə, foruma qeydiyyat sentyabrın 19-dək açıq olacaq. Qeydiyyat üçün link:http://www.caspianenergy.org/index.php/registration/item/123-caspian-energy-ict-forum-caspian-energy-transport-forum-20-09-2017

T.Əliyev bildirib: "Forumun açılışında Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin, həmçinin Azərbaycan Dövlət Dəniz Administrasiyasının, "Azərbaycan Dəmir Yolları" ASC-nin, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin, "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin və "Bakı Metropoliteni" QSC-nin rəhbər və müavinlərinin iştirakı gözlənilir".

Caspian Energy Forum Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində, Aİ dövlətlərində ildə bir neçə dəfə keçirilir və neft, eləcə də qeyri-neft sektoru şirkətləri üçüm meydan rolunu oynayır.

Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb. Caspian European Club dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparmaqla yanaşı, həmçinin kiçik və orta biznesin, eləcə də startapların inkişafı üzrə layihələrə informasiya və təşkilatçılıq dəstəyi göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti